“Sabah” Çempionlar Liqasında Almaniya təmsilçisinə qalib gəldi

media-hightechnic-468x90

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında ikinci matçına çıxıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, B qrupunda Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivi ilə üz-üzə gələn Bakı təmsilçisi 72:61 hesablı qələbə qazanıb.

Qarşılaşma Bosniya və Herseqovinanın Laktaşi şəhərindəki “SD Laktasi” idman salonunda keçirilib.

Qeyd edək ki, “bayquşlar” ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə məğlub olub.

Reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8-ci, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05