Sabah hava necə olacaq?

media-hightechnic-468x90

İyunun 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

media-banner_tkm

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 16-19° isti, gündüz 26-31° isti, Bakıda gecə 17-19° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam və gecə ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05