“Sabah” ilk əcnəbi transferini etdi

media-hightechnic-468x90

Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” ilk əcnəbi transferini edib.

Yenicag.az xəbər verir ki, mərakeşli müdafiəçi Sofian Çakla Premyer Liqanın gümüş mükafatçısı ilə anlaşıb.

29 yaşlı oyunçu yeni komandası ilə 2 illik müqavilə bağlayıb. Çakla “Sabah”da 44 nömrəli formanı geyinəcək.

Qeyd edək ki Sofian Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisində 4 oyun keçirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa