Sabah MSK-nın iclası keçiriləcək, Ramil Həsənin deputat fəaliyyətinə xitam veriləcək

media-hightechnic-468x90

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, iclasda Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələ müzakirə olunacaq.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib.

Ramil Həsən APA-ya açıqlamasında vəzifəsinin icrasına sabah – oktyabrın 15-dən etibarən başlaycağını bildirib.

Xatırladaq ki, bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub./apa

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05