Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq.
Yenicag.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Gəncədə olacaq. “Kəpəz” tarixi derbidə “Neftçi”ni sınağa çəkəcək. Gəncə şəhər stadionunda oynanılacaq görüşü Tural Qurbanov idarə edəcək.
Tur Bakıda “Sabah” və “Qəbələ” komandaları arasında keçiriləcək oyunla tamamlanacaq. Matçın baş hakimi Tural Cəlilov olacaq.
Azərbaycan Premyer Liqası
I tur
6 avqust (bazar)
17:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı
VAR: Kamal Umudlu
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Gəncə şəhər stadionu.
20:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” “Səbail”i 4:1, “Zirə” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.
www.yenicag.az