Sabiq millət vəkili Mirzəcan Xəlilov koronavirusa yoluxub.
Yenicag.az Unikal.org-a istinadən xəbər verir ki, M.Xəlilovun COVID 19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb. Qeyd edək ki, o, Tibb Universitetinin Müalicə klinikasına yerləşdirilib.
Xatırladaq ki, M.Xəlilov Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı olub.
www.yenicag.az