!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq nazir və komitə sədrinin müavini YAP-ın SİYAHISINDA: Keçmiş nazirlə quda, 3 övladının biznesi... – DETALLAR

!Reklam – Yazi

 

 

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərinin siyahısı dərc olunub. Qeyd edək ki, YAP-ın Parlament üçün hazırladığı namizədlər siyahısında yeni simalar da var.

Yenicag.az xəbər verir ki, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov da YAP-ın namizədlər siyahısında yer alıb.

H.Əsədovun namizədliyi 51 saylı Şirvan seçki dairəsindən irəli sürülüb. Heydər Əsədov 1959-cu ildə Qərbi Zəngəzurun Qarakilsə (Sisian) rayonunda anadan olub. Qeyd edək ki, Heydər Əsədov həm keçmiş nəqliyyat naziri Ziya Məmmədovla, həm də Gömrük Komitəsinin sabiq sədr müavini Əsgər Abdullayevlə qudadır. Qızı Fəridə Ziya Məmmədovun oğlu Anarla evlidir. Bir neçə il öncə mediada onların Bakıda biznes şəbəkələrinin olması barədə məlumatlar yayılmışdı. Məlumatda qeyd edilirdi ki, “NAZ Couture” brend geyim mağazası və “Royal Estetik” Klinikası Fəridə Əsədovaya məxsusdur. Heydər Əsədov Kənd Təsərüfatı naziri vəzifəsindən azad edildikdən sonra Dəniz Akademiyasına rektor vəzifəsinə təyin olunub. Heydər Əsədovun üç övladı var: Vagif, Asif və Fəridə. Hər üç övladı bizneslə məşğuldur. Hər üç övladı dəbdəbəli həyat yaşayır. Hər üç övladının xarici vətəndaşlılıqları var. Heydər Əsədovun kiçik oğlu Asif də London küçələrində Bakı seriyası olan 90-HO-505 nömrə nişanlı Porşe markalı maşınla avtoşluq etməsi ilə bağlı xəbərlər də bir zamanlar mətbuatın gündəmində olub.

Namizədlər siyahısında 82 saylı İmişli seçki dairəsindən Salahlı Səyyad Adil oğlu da yer alıb.

O, Prezident İlham Əliyevin 15 iyul 2024-cü il tarixli sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Səyyad Aran) vəzifəsindən azad edilib.

Xatırladaq ki, Salahlı Səyyad 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 16 noyabr 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.

Nəsimi Ələsgərli

 

COP29

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv