Sabiq prezident həbs edildi

media-hightechnic-468x90

11126941_10204313283333412_2036798120_nhMisirin sabiq prezidenti Məhəmməd Mursiyə 20 il həbs cəzası verilib.

Mursi 2012-ci ildə etirazçıların ölümündə ittiham edilib.

Qeyd edək ki, Məhəmməd Mursi 2013-cü ildə vəzifəsindən kənarlaşdırılıb.

Hazırkı prezident Sisinin rəhbərliyi ilə çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan, həbsə atılan və haqqında beş iddia ilə mühakimə edilən Məhəmməd Mursi məhkəmə iclasının keçirildiyi zala ciddi təhlükəsizlik tədbirləri altında gətirilib.

Keçmiş prezident və 14 müttəhim 2012-ci ildə Prezident Sarayı önündəki aksiyalarda etirazçıları öldürməkdə günahlandırıb.

“Müsəlman qardaşları” təşkilatı isə məhkəmə ilə bağlı verdiyi açıqlamasında deyib: “İnqilabçıların əzminin qırılması üçün nəzərdə tutulan bu məhkəmə Mursi tərəfindən təmsil edilən xalqın legitimliyinə qarşı bir silah kimi istifadə edilir və alovun üzərinə daha çox benzin tökür. Bu isə nəticədə xalqın qəzəb odunu alovlandırır”.

Təşkilat Misir xalqına çərşənbə günündən başlayaraq ölkənin bütün küçələrində mitinq keçirmək çağırışı edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600