Sabir Rüstəmxanlı Hacıbala Abutalıbova müraciət etdi

media-hightechnic-468x90

qqqVətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresi Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcək.

Bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib. Onun sözlərinə görə, piketin keçirilməsində məqsəd Ukraynanın daxili işlərinə qarışan və ərazi bütövlüyünü təhdid edən Rusiyanın hərbi-siyasi müdaxiləsinə etiraz etməkdir:

“Piket Krım tatarlarına dəstək vermək məqsədilə təşkil ediləcəkdir. Aksiyada Rusiyanın Krıma müdaxiləsini, Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönəlik cəhdlərini pisləyən, Ukrayna xalqına və Krım tatarlarına dəstək xarakteri daşıyan şüarlar səsləndiriləcək”.   Samir Əsədli onu da bildirib ki, piketin keçirilməsi üçün BŞİH başçısına müraciət olunub:

“Piketlə bağlı mart ayının 12-də qanuna müvafiq olaraq VHP sədri Sabir Rüstəmxanlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət edib. Müraciətdə piketin 17 mart tarixində, saat 15:00-da keçiriləcəyi ilə bağlı meriya məlumatlandırılır”.

axar.az

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600