Şad xəbər! İpoteka şərtləri yüngülləşdirilir

media-hightechnic-468x90

C252EDA0-5FCB-4760-B8D9-B56897D5F49F_mw1024_s_nNüsrət İbrahimov: “Proses sadəcə bazarın tənzimlənməsinə xidmət edir”

Artıq xeyli müddətdir ki, ipoteka şərtlərinin yüngülləşdirilməsinin vacibliyi qeyd olunur. Əvvəllər bu barədə ancaq ekspertlər danışırdısa, indi rəsmilər də bu şərtlərin yüngülləşdirilməsinə tərəfdardırlar. Lakin nədənsə məsələ hələlik istək formasında olaraq qalır, bundan irəli gedə bilməyiblər.

Görəsən, ipiteka şərtlərinin dəyişməsi məsələsi niyə uzanır?

NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov Yenicag.az-a açıqlamasında prosesin uzanmasını onun bazarın tənzimlənməsinə xidmət etməsi ilə bağlı olduğunu bildirdi: “Əvvəllər bildiyiniz kimi, qiymətlər yuxarı istiqamətdə artırdı. Qiymətlər artan bazara isə əlavə pul kütləsinin daxil olması məqbul sayılmır. Ona görə də, hökumət bu işə getmirdi. Lakin bu gün artıq qiymətlər əks istiqamətdə hərəkət edir. Bazarın aktivliyi xeyli dərəcədə aşağı düşüb. İlin birinci yarısı belə davam etsə, ikinci yarısında hökumət ipoteka şərtlərinin yumşaldılmasına gedə bilər. Mərkəzi Bank bazarda pulun məzənnəsi, inflyasiyanın cilovlanmasında maraqlıdır, onları daim nəzarətdə saxlayır. Ölkədə inflyasiya artırsa, bu halda şərtləri yüngülləşdirməkdə Mərkəzi Bank maraqlı olmur. Amma qiymətlər aşağı gedir və bazarın aktivlüyü düşürsə onda Mərkəzi Bank bazarı tənzimləməyə çalışır və ora əlavə pul kütləsi çıxarır. Proses sadəcə bazarın tənzimlənməsinə xidmət edir”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600