Şadlıq saraylarında monitorinq keçiriləcək

media-hightechnic-468x90

6a9ef9a6c05fca988e01a9a67205706dStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Azərbaycanın regionlarındakı şadlıq saraylarında məhsulun keyfiyyətini yoxlayacaq.

Bunu Dövlət Komitəsinin sədri Ramiz Həsənovbildirib.

Komitə sədrinin sözlərinə görə, hazırda qurumun əməkdaşları tərəfindən Bakıdakı şadlıq saraylarında məhsulun keyfiyyətinin yoxlanılması ilə bağlı monitorinqlər aparılır.

“Biz bunun üçün müasir standartlara uyğun səyyar maşın almışıq. Bu isə bizə nəinki Bakıdakı, hətta regionlardakı şadlıq saraylarında məhsulun keyfiyyətini yoxlamağa imkan verir. Bu proses mütəmadi olaraq davam etdiriləcək”, – deyə R. Həsənov qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600