"Sağ-salamatdır, tezliklə qayıdacaq" – Həyat yoldaşından Həmid Herisçi barədə AÇIQLAMA
“Həmid, şükür Allaha, sağ-salamatdır”
Yenicag.az xəbər verir ki, tanınmış şairin həyat yoldaşı, jurnalist İlhamiyyə Rza hazırda Təbrizdə olan Həmid Herisçi ilə bağlı məlumat paylaşıb.
O, həyat yoldaşı barədə konsulluq vasitəsilə xəbər tutduğunu bildirib:
“Həmiddən nigaran qalanlar, bir xəbər olsa paylaşmağımı istəyənlər… Həmid, şükür Allaha, sağ-salamatdır. Təbrizdə dostlarının, qohumlarının əhatəsindədir. Sadəcə, əlaqə qura bilmirik. Konsulluq vasitəsilə xəbər tuta bildim. Tezliklə qayıdacaq. Dəyərli Ayxan Hacızadənin köməyi ilə konsulluqdan məlumat aldıq. Təşəkkür edirəm!”
Cəvahir













