!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sağlamlıq naminə görülən işləri ancaq düşmən mövqedə olanlar görə bilmir" - Partiya sədri

!Reklam – Yazi

Ölkədə  insanların sağlamlığı naminə görülən işləri ancaq öz içimizdə düşmən mövqedə olanlar görə bilmirlər.

Yenicag.az xəbər verir ki, bunu “Azərbaycan  Mübarizləri” Partiyasının Sədri Ağadur Müslümov Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsinə münasibət bildirərkən söyləmişdir.

Prezident Pandemiya dövründə  Ölkədə qısa müddətdə görülmüş işlər barədə geniş ekskurs etdi.

Ölkə başçısı müsahibəsində xüsusilə qeyd etmişdir ki, Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”.

Həmçinin  Prezident “Bütün addımları atanda vəziyyəti dərindən təhlil edirik” deyərək  atılan addımların nə qədər məsuliyyətli olduğunu vurğulayaraq qeyd etmişdir ki,Ölkədə  Covid-19  Pandemiyasının  artmasını nəzərə alaraq dövlət tərəfindən lazımi tədbirlər həyata keçirilir  800 çarpayılıq xəstəxana istifadəyə verilmiş  və təqribən 1-1,5 ay ərzində 1300 çarpayılıq yeni modul tipli xəstəxana da istifadəyə veriləcəkdir.Həmçinin Modul tipli beş xəstəxana (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) artıq fəaliyyətdədir. Daha beş modul tipli xəstəxana inşa olunacaqdır.

Partiya sədri  bildirmişdir ki,hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilmişdir.

Son günlər görürük ki,Ölkədə xəstəliyə yoluxmanın tempi yüksəkdir, amma vəziyyət nəzarət altındadır. Ancaq  əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Buradan bəlli olur ki,  heç bir ölkə koronavirusa yoluxmaqdan sığortalanmış deyil.

Ölkə başçısı müsahibəsində xüsusi ilə qeyd etmişdir ki,   Pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır. Hüquq mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq.

Bilirik ki,Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə ÜST direktoru da iştirak etmişdir. Əməkdaşlığımız, məsləhətləşmələrimiz  davam edir və bundan sonra da davam edəcəkdir.

Prezident söyləmişdir ki,İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Amma buna baxmayaraq, heç bir sosial layihəni təxirə salınmadı, ixtisar edilmədi. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir.

Prezident bildirmişdir ki,bu dövrdə ön planda olan insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaqdir. Biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik.

Daha sonra Ölkə Başçısı demişdir ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı.Prezident  bildirdi ki, Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır.   Dövlətlərin özünümüdafiə hüququ var.Görürük ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır.Prezident bu mesajı ilə bildirmişdir ki daha işğala dözmək olmaz.Nə yolla olursa olsun torpaqlarımız işğaldan azad olunmalıdır.

Prezident həmçinin Ermənistanda insan haqlarının pozulması barədə də fikir bildirərək demişdir.Ermənistanın daxilində demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alır. Avropa təşkilatları isə bütün bunlara göz yumur. Bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir.

Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar;

Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. İndiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır.Onlar özləri öz cinayətkarlarını, rüşvətxorlarını ifşa ediblər.

BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var. Ermənistan BMT-dən üstün deyil əlbəttə. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın torpaq bütövlüyünü tanıyan qərarlar alması beynəlxalq aləmdə mövqeyimizi daha da gücləndirir;     Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən savayı heç bir diplomatik səy göstərilməir. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi,  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər

Prezident  müsahibəsində söyləmişdir ki,Biz, əlbəttə, Ölkədə bütün addımları atanda vəziyyəti dərindən təhlil edirik. Məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda, əlbəttə ki, mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Yəni, biz bu işi kortəbii aparmırıq, ölçülüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”.

Ölkə başçısının bu geniş müsahibəsi ölkədə qısa müddətdə  görülən işlərə bir  hesabat idi.

Azərbaycan  Mübarizləri” Partiyasının Sədri  Ağadur Müslümov  Ölkə Başçısı tərəfindən Xalqımızın sağlamlığı və rifahı naminə atılan bütün səmərəli addımlar Partiya üzvlərimiz tərəfindən daim dəstəklənmiş və indidə dəstəkləməkdədir.

COP29

www.yenicag.az

808
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv