!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şah damarın tıxanması - İnsulta aparan TƏHLÜKƏ

!Reklam – Yazi

Şah damar (karotid), boynumuzun hər iki tərəfində yerləşən və beynimizə qan daşınmasını təmin edən arteriyadır.

Yenicag.az xəbər verir ki,beynimizin ehtiyac duyduğu qanın böyük bir hissəsini daşıyan karotid arteriyanın tıxanmasının və ya daralmasının ən vacib səbəbi arteriosklerozdur. Bu isə təkcə şah damarımızı deyil, bədənimizdəki digər damarlara da təsir edən vəziyyətdir.

Şah damarlarımızın daxili divarı elastik və hamardır.Lakin yüksək qan xolesterolunun olması və siqaret çəkmə səbəbi ilə yağ və zərərli maddələrin arteriyanın divarlarına yığılmağa başlayır. Bütün bunlar damar daxilində böyükl bir kir təbəqəsinin toplanmasına gətirib çıxarır.

Damarın sərtləşməsinə səbəb olan bu təbəqə isə özlüyündə qan axışının azalmasına səbəb ola bilir. Karotid arteriyadakı qan axını kritik səviyyədə aşağı düşərsə, beynin qidalana bilməməsinə və təhlükəyə səbəb ola bilər.

Şah damarın tıxanması insult riskini çoxaldır. Çünki, damarda yığılan kir təbəqəsi beyinə qan getməsini əngəlləyir. Həm də, tıxanmış damardan qopan kiçik parçalar qan aqxımı ilə birlikdə beyindəki incə damarlara daxil olur. BU isə ani tıxanmalara və insulta səbəb olur.

Bu daralma kritik hala gəldikdə, beynin tələb etdiyi qan təmin edilə bilmir və nəticədə “keçici işemik hücum” baş verə bilər.

Keçici işemik hücumun simptomları:
-Qol, ayaq və üzdə uyuşma

– Qol, ayaq və ya bədəndə gücsüzlük

– Üzün yarısının iflic olması

– Görmə itkisi və ya bulanıq görmə

– Danışmaqda çətinlik çəkmə

– Danışılanları başa düşməmək

– Başgicəllənmə

– Şüurun itməsi

Keçici hücumlar həm də xəbərdaredici funksiya daşıyır. Bu simptomlar olduğu təqdirdə yaxınlaşan daha ciddi insult riski gözlənilir. Belə xəbərdarlıq ciddiyə anlınmalı və dərhal həkim nəzarətinə götürülüb müalicə edilməlidir./Medicina/

COP29

www.yenicag.az

1332
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv