Sahibə Qafarova Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi

media-hightechnic-468x90

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Serbiya Respublikasına rəsmi səfəri davam edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib.

Milli Məclisin sədri abidələrin önünə əklil qoyub.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin paytaxt Belqradın Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600