Parlament sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü başlayıb.
Yenicag.az xəbər verir ki, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutur.
Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər.
***
Türkiyədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşəcək.
Yenicag.az xəbər verir ki, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutacaq.













