Şahmatçımız beynəlxalq turnirin qalibi oldu

media-hightechnic-468x90

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində keçirilən “The Belt and Road 2023 to World Chess Woman’s Summit” beynəlxalq turnirinin qalibi olub.

Azərbaycan Şahmat Federasiyasından “Report”a verilən məlumata görə, 11 turdan sonra 8,5 xal toplayan Günay Məmmədzadə yeni ildə iştirak etdiyi ilk turnirdə qızıl medala layiq görülüb.

Eyni xala malik Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub.

Qeyd edək ki, turnirdə yeddi ölkədən 12 şahmatçı iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600