Sakinimiz minaya düşdü

media-hightechnic-468x90

59075Minaya düşən 1955-ci il təvəllüdlü Bayram Süleymanovun həyatı üçün heç bir təhlükə yoxdur.

Tovuz Mərkəzi rayon Xəstəxanasının baş həkimin müavini Sayyad Yusifovun verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti stabil-ağırdır.

“Bayram Süleymanov daxil olarkən şokda idi. Sağ ayağı tamamən parçalanmışdı. Ayağını amputasiya etdik. İndi xəstənin vəziyyəti əməliyyata uyğundur. Xəstənin həyatı üçün hər hansı bir təhlükə yoxdur”, – deyə Sayad Yusifov bildirib.

Tovuz rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Bayram Süleymanov mal-qaraya nəzarət edərkən minaya düşüb. Bildirilir ki, Əsrik-Cırdaxan kəndində sakinlər növbəlik prinsipinə əsasən heyvanlara nəzarət edirlər. Dünən də Bayram Süleymanovun növbəsi olub. Heyvanlardan bir neçəsini geri qaytarmağa çalışan Bayram Süleymanov minaya düşüb.

***

Tovuzda mal-qarasını axtaran Əsrik-Cırdaxan kənd sakini, 59 yaşlı Bayram Süleymanov minaya düşüb.

Axşam saatlarında iribuynuzlu heyvanlarının həyətə gəlmədiyini görən kənd sakini Ermənistanla sərhəd əraziyə keçib və nəticədə minalanmış ərazidə güclü partlayış baş verib.

Hadisə zamanı sağ ayağını itirən Bayram Süleymanovu hərbçilər Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600