Şakir Abbasova təzyiqlər yenidən start verib

media-hightechnic-468x90

300455_198840110194597_1280410191_nXəzər rayon İşıq İdarəsinin əməkdaşları AXCP sədrinin müşavirinin evinə hücum edib  

Milli Azadlıq Hərəkatının fəallarından olan AXCP sədrinin müşaviri Şakir Abbasova qarşı təzyiqlər səngimək bilmir. Bu barədə məlumatı Ş.Abbasovun yaxınları verib.

Onların sözlərinə görə, siyasi əqidəsinə görə, artıq neçənci dəfədir ki, Xəzər rayonunun rəhbərliyi tərəfindən Şakir Abbasova qarşı təzyiqlər olunmaqdadır. Ailəsinin güzaranı üçün həyətində tikdiyi kiçik dükanı ona çox görən rayon rəhbərliyi bu dəfə də işıqlarını kəsmək istəyiblər.

Belə ki, bu gün Şakir Abbasovun evinə hücum edən Xəzər rayon İşıq İdarəsinin əməkdaşları işıqlarını kəsmək istəyib. Füzuli rayonunun sabiq icra başçısı olan Şakir Abbasovun və ailəsinin məcburi köçkün olmasına baxmayaraq, işıqçılar “yuxarıdan tapşırıq var” deyərək, işıqları kəsməyə cəhd ediblər. Şakir Abbasov məcburi köçkünlərin komunal xərclərdən azad olunduğunu, dükan üçün isə aylıq işıq pulu ödədiyini bildirsə də, İşıq İdarəsinin əməkdaşları kobudluq sərgiləyiblər.

Gərgin mübahisədən sonra getsələr də, Şakir Abbasova qarşı təzyiqlərin bununla kifayətlənməyəcəyi vurğulanır. Milli Azadlıq Hərəkatından bu günə kimi demokratik düşərgədə mübarizə aparan Ş.Abbasovu susdurmaq üçün müxtəlif dövrlərdə analoji addımlar atılıb. Dəfələrlə həbs olunsa da, mövqeyindən geri çəkilməyən Şakir Abbasova qarşı son təzyiqlərin AXC-nin yaranmasının ildönümünə təsadüf etməsi də maraq doğurur.

 10643168_10203824104835811_395473395_nZİYA ƏLİYEV

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600