Saleh Məmmədovdan təbiətə 88 minlik ziyan vuran direktorun yerinə TƏYİNAT

media-hightechnic-468x90

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni direktor təyin edilib.

Yenicag.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun müvafiq əmri ilə Mayis Fərəhim oğlu Qədirov MMC-yə direktor təyin olunub.

Qeyd edək ki, bu ilin may ayında “8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Novruzov vəzifəsindən azad edilib. Onun yerinə müvəqqəti MMC-nin baş mühasibi Səmayıl Ramazanov gətirilmişdi.

Xatırladaq ki, İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan çox sayda ağacın rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsinə, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Hər iki şəxs barəsində cinayət işi açılıb və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600