Salyanda kriminal avtoritet tutulub - FOTO

media-hightechnic-468x90

Azərbaycanda kriminal avtoritet tutulub.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Bağırov saxlanılıb. Ondan 100 qram tiryək götürülüb.

Məlumata görə, R. Bağırov kriminal aləmlə yaxından əlaqələri olan şəxslərdəndir və “Şaşı” ləqəbi ilə tanınır.

R. Bağırov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.(APA)

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa