“Samanyolu” və “Kanal D”-nin Azərbaycanda yayımının dayandırılması türk mətbuatında! – Yenilənib
“Samanyolu” və “Kanal D”-nin Azərbaycan peyki ilə və kabel televiziyası ilə yayınlarının dayandırılması türk mətbuatın da gündəmindədir. Yenicag.az xəbər verir ki, nüfuzlu “Timetürk” Xəbər Portalı xəbəri özəl xəbər olaraq, manşetdən verib.
Eyni zamanda xəbər Portalı məsələ ilə bağlı “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin münasibətini öyrənib. A.Ələsgər qeyd edib ki, “Kanal D” və “Samanyolu” ABŞ üzərindən Azərbaycanı şantaj yolunu tutduqlarına görə, adekvat addım atılıb.
Qeyd edək ki, bütün nüfuzlu türk mediası xəbəri manşetdən verib.