Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Şamaxıda daha bir zəlzələ - Komissiyadan açıqlama

Fevralın 11-də axşam saatlarında Şamaxıda baş verən təkrar zəlzələ rayon ərazisində ciddi fəsadlar törətməyib.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı, Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, komissiya üzvləri hadisədən dərhal sonra rayon ərazisinə baxış keçirib: “Ciddi problem ortaya çıxmayıb. Təkrar yeraltı təkanla bağlı müraciət daxil olmayıb. Komissiyaya daxil olan müraciətlər fevralın 5-də baş verən zəlzələ ilə bağlıdır. Hazırda komissiya üzvləri müraciətlər əsasında ev və obyektlərə baxış keçirir, araşdırmalar davam edir. Komissiya müraciət daxil olan ev və obyektlərə yerində baxır və qərar qəbul edir”.

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

www.yenicag.az

757
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM