Samir TURAN: Mənim Arazım
Fəxriyyə Universitetin II kursunda oxuyurdu.Oynaq,şən qız idi.Həmişə gülərüz görsənərdi.Gülümək ona elə gözəl yaraşırdı ki,adam istəyirdi o həmişə gülsün.Filologiya fakültəsində hamı onun hörmətini saxlayardı.Hamının dərdinə şərik çıxan bu qızın elə bil ki,heç bir dərdi yox idi.Lakin taleyin içini kim nə bilir?Fəxriyyə hardan bileydi ki,onun elə bir dərdi olacaq ki,onu heç kimə deyə bilməyəcək və ömrünün axırına kimi bu onun qəlbində gizli qalacaq.
…………….
Bakı-Noraşen qatarı yerindən tərpəndi.Fəxriyyə və rəfiqələri kupedə öz yerlərini tutdular.Dördü də bir kursda,bir qrupda oxuyurdular.Səlimə onları öz evlərinə qonaq aparırdı.Səlimə Naxçıvanın rayonlarının birində yaşayırdı.Rəfiqələrinə öz yerləri haqda o qədər çox danışmışdı ,odur ki,rəfiqələri ora getmək,Azərbaycanın bu qədim torpağını öz gözləri ilə görmək istəyirdilər.Budur qatar Araz boyu şütüyürdü.Səlimə hər dayanacaqla qızları tanş edir,onlara bildiklərindən məlumat verirdi.Təkcə Fəxriyyənin gözü sakit-sakit axan Arazda və o tayda qalanAzərbaycan torpağında qalmşdı.O,gah sevinir,gah da kədərlənirdi.Sevinirdi ona görə ki,sevimli şairlərimizin şeirlərində adı çəkilən Arazı və o tayı görürdü,güney Azərbaycanı görürdü,kədərlənirdi ki,az qala əlini uzadıb çata biləcəyi o ellər əlçatmaz olmuşdu.Demək o,həmişə o yerləri ancaq şeirləri,əsərləri oxuyanda xəyalların qanadında gəzib dolaşa biləcəkdi.Burdaca özünü sanki bu ayrılığın günahkarı saydı yadın tez-tez xatırladığı sevimli şairimiz Şahmar Əkbərzadənin şeiri düçdü:
Kölgəm gün çıxanda sərhəddi aşdı,
Könlümə qan damdı gözümdən mənim.
Keçib o sahili gəzib dolaşdı,
Kölgəm qeyrətliymiş özümdən mənim.(Kölgəm)Sərhəd kənarında cavan yaşımda,
Həsədim utanıb yerə girirdi.
İki quş dimdiyi ağac başında,
Vətəni Vətənə birləşdirirdi.
Bir an Fəxriyyə sevimli Arazına nifrət etdi.O an bütün günahları Arazda gördü.Ona elə gəldi ki,günahkar Arazdır.O,olmasaydı bəlkə bu ayrılıq olmazdı,ürəyində züm-zümə də etdi:
Araz boyu solmazdı,
Araz niyə yol azdı?
Bəlkə o,olmasaydı,
Bu ayrılıq olmazdı.
………..İllər ötdü,dünya dəyişdi.Fəxriyyə həsrətində olduğu o taya gəlin köçdü.O gündən Fəxriyyə kimsənin yaşamadığı bir həyatı yaşamalı oldu….Samir Turan
İl 1990