Samirədən ELDƏNİZƏ CAVAB: “50 min dolları olan kişi arvad boşamaz”

media-hightechnic-468x90

Müğənni Eldəniz Məmmədovun “Boşananlar 50 min dollar cərimələnsin” təklifi şou dünyasını bir-birinə vurub. Sənətçilərin bir qismi bu fikri alqışlasa da, digərləri bunu real hesab etmir.

Yenicag.az-a açıqlama verən tanınmış sənətçi Samirə Yusifqızı mövzuya olduqca fərqli və kəskin prizmadan yanaşıb:

“Bir məsələ var ki, 50 min dolları olan kişi arvadını boşamır. Boşanmalar əsasən 50 mini olmayanların, ailəsini maddi cəhətdən təmin edə bilməyənlərin evində yaşanır. İmkanlı və təmin olunmuş ailələrdə bu cür hallara daha az rast gəlinir. Ailəsini saxlaya bilməyən kişinin xanımı sonda boşanmağa qərar verir.

Eldənizin dediyi fikir maraqlı ola bilər, amma Allaha and olsun ki, o 50 min dolları heç kim verməyəcək. Belə bir qanun olsa, bəlkə rəsmi qaydada boşanmazlar, amma gedib hərəsi bir tərəfdə, ayrı-ayrı yaşayacaqlar. Bu isə boşanmadan da betər mənzərədir.

Əgər ürəkləri bir deyilfə, xasiyyətləri tutmursa və ən əsası, o kişi ailəsinə baxa bilmirsə, elə boşanmaları daha yaxşıdır. Ümumiyyətlə, ərə gedəndə də, qız alıb-verəndə də hər şeyi əvvəlcədən dərindən düşünüb qərar vermək lazımdır”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05