Sarkozi yenidən prezident ola bilər
“Mən çox fikirləşdim və qərara gəldim ki, fransızlara yeni siyasi seçim təklif etmək qərarına gəldim. Mən öz siyasi ailəmin başçısı postuna namizədəm”- deyə o yazıb.
Qeyd edək ki, Sarkozi mühafizəkar UMP partiyasının başçısı kimi yenidən ölkə prezidenti kreslosu uğrunda mübarizəyə qatıla bilər. 2012-ci ildə prezident seçkilərindəki məğlubiyyətdən sonra o, siyasətdən getdiyini bəyan etmişdi. Lakin sonralar dəfələrlə açıqlamalarında 2017-ci ildəki seçkilərdə namizədliyini verəcəyinə dair anonslar səsləndirmişdi.
Onu da bildirək ki, Fransa prezidentliyi uğrunda mübarizəyə daha iki sabiq baş nazir də qoşulacaq. Bunlar Jak Şirak kabinetində baş nazir olan Alen Jüpe, digəri isə elə Sarkozi dönəmində bu vəzifəni daşımış Fransua Fiyondur.