!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“SAY-Cümhuriyyət” başladı

!Reklam – Yazi

Gənclər və İdman Nazirliyinin dəstəyi (GİN), “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə SAY hərəkatının 7-ci fəaliyyəti olan”Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)” layihəsinin icrasına başlanılıb.

Yenicag.az xəbər verir ki, 08.09.18 tarixində, Lənkəran şəhərində layihənin açılış mərasimi baş tutub. Azərbaycan Respublikası Dövlət Himni səslənib və tədbir açıq elan edilib. Açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov çıxış edib könüllülük fəaliyyəti, gənclərə göstərilən dəstək, dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən danışaraq layihə iştirakçılarına uğurlar arzulayıblar.

Çıxış edən “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov hər zaman dövlət gənclər siyasətini dəstəklədiklərini, Azərbaycanda könüllülük hərəkatının da gənclərimizin yüksək fəallıq nümayiş etdirdiyi sahələrdən olduğunu vurğulayıb. Sədr qeyd edib ki, beynəlxalq yarışlarda aparıcı qüvvə sayılan könüllü gənclərin əməyi də hər zaman xüsusi qiymətləndirilir. Regionlarda layihələrin keçirilməsini vacib sayan M. Seyidov çıxışında region gənclərinin fəallığının artırılması və diqqət mərkəzində oduqlarını nəzərə çatdırmaq üçün bu kimi layihələrin regionlarda keçirilməsinin önəmli olduğunu bildirib.

“SAY:Cümhuriyyət” layihəsi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərancamına əsasən, eyni zamandaPrezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan”Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının” 5.7.5. maddəsində Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi” bəndinə uyğun olaraq həyata keçirilir.

“İrəli” İctimai Birliyi “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “SAY:Könüllülük Akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm”, “SAY: Volunteering Festival”, “SAY: Solidarity”, “SAY: All Star” kimi böyük layihələri Quba, Gəncə, İsmayıllı, Oğuz, Balakən şəhər və rayonlarında həyata keçirib və 100-lərlə gənci öz ətrafında toplamağı bacarıb. Adıçəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi və onların hərtərəfli formalaşmasına şərait yaratmaq olub. Eyni zamanda, beynəlxalq və yerli tədbirlərdə gənclərin fəal iştirakına stimul vermək və Azərbaycanda könüllülük fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimatlandırılması və ixtisaslaşdırılması əsas hədəflərdir.

“Azərbaycan Gənclərinə Dəstək – könüllülər düşərgəsi (SAY:Cümhuriyyət)” layihəsinin əsas məqsədi – Azərbaycanda Könüllülük ideyalarının aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, sağlam həyat tərzinin təbliği ilə gəncliyin inkişafına təkan vermək, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların aktiv iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq. Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların aktiv iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdan ibarətdir. Layihədə müəyyən edilən kriteriyalar əsasında gender bərabərliyi qorunmaqla 18-25 yaş aralığında gənclər Lənkəran şəhərində düşərgə şəraitində müxtəlif fiziki və simulyasiya oyunlarında, müzakirələrdə, peşəkar təlimçilərin iştirakı ilə seminarlarda, tanınmış şəxslərlərlə görüşlərdə iştirak edəcəklər. İcra edilən layihə çərçivəsində ölkə gənclər siyasətinə töhfə vermək məqsədilə gənclərin ölkə maraqlarının qorunmasında aktiv iştirakını təmin etmək, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaq nəzərdə tutulub.

COP29

www.yenicag.az

2149
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv