Səbail rayonunda güclü yanğın
Bu gün saat 16 radələrində Bakının Səbail rayonunda güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə jurnalistlərin binasının yaxınlığında qeydə alınıb.
Ərazidəki boş sahədə alovlanma olub. Hadisə barədə məlumat daxil olan kimi əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub.
Yanğınsöndürənlərin cəhdləri nəticəsində alovun yayılmasının qarşısı alınb. Yanğın söndürülüb.
Araşdırmalar zamanı məlum olub ki, hadisə ərazidəki neft qalılarının dağıldığı yerdə qeydə alınıb. Neft qalırları yanıb.
(anspress.com)