Səbinə ATMACA ATDI: “Ortada meydan oxuyan onlardır”

media-hightechnic-468x90

“İndi sənətdən, səviyyədən uzaq ifaçılar, mahnılar çoxdur və onlar dəbdədir. Ortada dayanıb meydan oxuyan onlardır”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Səbinə Babayeva deyib.

Pandemiyadan sonra Rusiyaya köçərək orada musiqi fəaliyyətinə başlayan müğənni yenidən Azərbaycana qayıdıb.

“Pandemiyadan sonra Rusiyaya getdim. Həmin vaxt ailə problemlərim də oldu. Ab-havanı dəyişmək üçün çıxıb harasa getmək istədim. İki il yarım Moskva şəhərində yaşadım. Həmin vaxt musiqili biznesin necə qurulduğunu bilmək istədim. Atam Bakıda olduğu üçün bizsiz darıxırdı. Buna görə də Bakıya qayıtdım”.

O, səviyyəsiz mahnıların və ifaçıların dəbdə olduğunu təəssüf hissi ilə bildirib:

“İndi sənətdən, səviyyədən uzaq ifaçılar, mahnılar çoxdur və onlar dəbdədir. Ortada dayanıb meydan oxuyan onlardır. Buna görə də inciyib geri çəkilmək də var. Amma heç yana getmirik, sadəcə olaraq ruhdan düşürük. O yerdə olmaq və oxumaq istəyirəm ki, orada sağlam rəqabət var. Mənim oxuduğum stilə tələbat da azdır. Mən toylardan qazanan ifaçı da deyiləm. Qazana da bilmirəm. Heç istəmirəm də onu bacarım. Toy mahnıları da bilirəm, amma bütün toyu aparmaq başqa bir sənətdir. Biz təbii ki, haradansa qazanmalıyıq, qazanc yerimiz də tədbirlərdir”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600