Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Səbinə Əzimova 3 qat Avropa çempionudur!

Reklam: High Technic

Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.

Yenicag.az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizə aparır. Onların arasında yığmamızın da üzvləri var.

Bu gün əsas qızıl ümidlərimizdən biri – Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 17-ə qədər olan qız atletlərin 53 kq çəki dərəcəsindəki yarışına qatılıb.

Səbinə yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi, yaşı 15-ə qədər olan qızların bu çəkidə rekordçusu idi. O, bu gün 3 qat Avropa çempionu olmaq üçün səhnəyə çıxmışdı və sevindiricidi ki, istəyinə nail ola bilib.

Səbinə birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirib və 78 kq-la bu hərəkətdə 2-ci olub.

Atletimiz təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək bu hərəkətdə də 2-ci yeri tutub.

Ümumi nəticə isə daha uğurlu olub. Toplam 174 kq (78+96) nəticə göstərən Səbinə 53 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlamağı bacarıb. 17 yaşlı atletimiz Landskrona və Novı Tomısldakı qızıl medalların sırasına Priştinadakı qələbəni də əlavə edib. O, artıq Avropa birinciliyinin 3 qat qalibidi.

www.yenicag.az

707
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM