Şəbnəmə HAQQ QAZANDIRDILAR: “Yazırlar ki, əcəb eləmisən, Cavanşirə o da azdır”
“Sosial şəbəkələrdə bir qrup insan məni müdafiə edir. Serialda yaşlı kişi ilə evləndiyimə və Cavanşirin malını-mülkünü ələ keçirmək istədiyimə görə mənə haqq qazandırırlar. Bir qrup izləyici isə əksinə, məni ifritə adlandırır…”
Bunu Yenicag.az-a açıqlamasında gənc aktrisa Şəbnəm Əliyeva deyib.
“Yad qohumlar” serialındakı Ləman obrazına görə hər yerdə, xüsusən də sosial şəbəkələrdə təzyiqlə üzləşən Şəbnəm, bu reaksiyaları bir aktrisa olaraq uğuru kimi dəyərləndirir:
“Artıq adımı da çəkmirlər, məni obrazımın adı ilə Ləman deyə çağırırlar. Yazırlar ki, “vay-vay, bu nə ifritə qızdır, yaşlı kişinin başına ip keçirib, hara istəyir, ora da fırladır”. Bəziləri də yazır ki, “Cavanşirə nə etsən də azdır… Halaldır Ləmana, nə edirsə, əcəb edir”.
Bəzən mənə haqq qazandıranlarla nifrət edən izləyicilər arasında ciddi qarşıdurma yaşanır, mübahisə edirlər. Əslində, bunu uğurum kimi dəyərləndirirəm. Bu o deməkdir ki, obrazın öhdəsindən gələ bilirəm”.
Cəvahir













