Seçkilərdə təşviqatla əlaqədar əsas məhdudiyyətlər açıqlandı

media-hightechnic-468x90

Həyat sübut edir ki, medianın seçki prosesində iştirakı seçkilər elan olunandan sonra başlayır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov deyib.

O bildirib ki, seçkilər zamanı mediada gedən informasiyalar birbaşa seçki fəallığına təsir edən faktorlardan biridir: “Qanun konkret olaraq təşviqatla məşğul olan dairəni müəyyən edir. Qanunda konkret olaraq təşviqatla məşğul ola bilməyən dairələrin də subyektləri müəyyən olunub. Xarici KİV, QHT-lər, kapitalının 30 %-i xarici şirkətə məxsus olan Azərbaycanda olan qurumlar da təşviqatla məşğul ola bilməz. Eyni zamanda təşviqat aparanlar və mətbuat orqanları ilə bağlı da məhdudiyyətlər var”.

O xatırladıb ki, 6 fevral 2024-cü ildə təşviqat prosesi başa çatacaq və xalqa bir gün sükut veriləcək: “Həmin gün xalq kimə səs verəcəyinə qərar verməlidir”.

MSK üzvü sosial şəbəkələrin həyatımıza kifayət qədər daxil olduğunu qeyd edib: “Vaxtından əvvəl təşviqat kampaniyasına başlanılmamalıdır. Eyni zamanda 18 yaşına çatmamış vətəndaşlar da təşviqatla məşğul ola bilməzlər”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05