“Gədəbəydə doğulub, boya-başa çatmağım, burada geniş ətrafa və nüfuza sahib olmağım xüsusi əhəmiyyət kəsb edir”.
Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkiləri üçün prosesin gedişatı və rəqabət mühitinin necə formalaşdığı barədə fikirlərini bildirən 104 saylı Gədəbəy seçki dairəsindən namizədliyini irəli sürən Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, seçki prosesi üçün yaxşı mühit formalaşıb.
“Hazırda imza toplama kampaniyası həyata keçiririk. Könüllülük əsasında böyük komandamız yığılıb. Gədəbəydə doğulub, boya-başa çatmağım, burada geniş ətrafa və nüfuza sahib olmağım xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün təbəqələrdən ibarət olan komandamızda gənclər, müəllimlər, müxtəlif peşə sahibi nüfuzlu şəxslər cəmlənib. Yaxın vaxtlarda imza toplama kampaniyasını yekunlaşdırıb, dairəyə təqdim edəcəyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarına uyğun addımlarımızı atırıq. Onun formalaşdırdığı, bizim də əsas paradiqmamızın adını müəyyən edən “Yeni siyasi vizyon” adlandırdığımız proqram elan etdik. Bu həm siyasi media və mühitdə, həm də rayonda maraqla qarşılandı”, – deyə namizəd bildirib.
Xatırladaq ki, 104 saylı Gədəbəy seçki dairəsindən namizədliyini irəli sürən Əziz Əlibəyli rəqibi Yeni Azərbaycan Partiyasının namizədləri siyahısında olan Sevinc Hüseynova Əmirəhməd qızıdır.
Nəsimi Ələsgərli
www.yenicag.az