Seçkiləri 70 min 625 nəfər yerli müşahidəçi izləyəcək

media-hightechnic-468x90

İmza vərəqələrini qaytaran 16 294 namizəddən 16 238 nəfərin namizədliyi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında bu gün keçirilən mətbuat konfransda MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, imza vərəqələrini qaytaranların 99,7%-i qeydə alınıb: “Bu, çox böyük rəqəmdir. Sonrakı proseslərdə bəziləri namizədliyini geri götürüb və yekunda 16 092 nəfər namizəd kimi qeydə alınıb və onların adı seçki bülletenlərinə daxil edilib”.

Məzahir Pənahov qeyd edib ki, namizədlərin yarıdan çoxu siyasi partiyaların nümayəndələridir: “Seçki bülleteninə daxil olan namizədlərdən 8 424 nəfəri siyasi partiya nümayəndəsidir. Ümumilikdə qeydə alınanların 31%-dən çoxu qadınlardır. Bu, sevindirici haldır. Namizədlərin 82%-i isə ali təhsillidir. Eyni zamanda, namizədlərin təxminən 41%-i 21-35 yaş aralığındadır”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa