!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçkisonrası Ermənistan: “Paşinyan “mif qəfəsi”ndən çıxa bilməyəcək” – Zərdüşt Əlizadə

!Reklam – Yazi

“Ermənistanın Rusiyadan uzaqlaşaraq, Qərbə meyllənməsi praktik olaraq, mümkün deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanda ötən gün keçirilmiş parlament seçkilərindən sonra gözlənilən prosesləri dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

İşğalçı Ermənistanda ötən gün keçirilmiş erkən parlament seçkilərində gözlənilən nəticə qeydə alınıb. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “Mənim addımım” ploku proqnozlaşdırıldığı kimi, 70,4 faiz səs yığaraq, seçkilərdə qalib gəlib.

İkinci yerdə isə Paşinyanın blokundan 9 dəfə az səs toplamış milyarder Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası gəlir – 8,27 faiz.

Paşinyan hökuməti ilə eyni siyasi platformada olan “İşıqlı Ermənistan” partiyası isə 6,37 faiz səslə üçüncü yeri tutub.

Parlamentə keçə bilməyən digər partiyaların səsləri aşağıdakı şəkildə bölünüb:

“Daşnaksütyun” – 3,89%
“Biz” bloku – 2%
“Sasna tsrer” partiyası – 1,82 %
“Orinats erkir” – 0,99%
“Vətəndaşın qərarı”– 0,68%
Xristian-Xalq Dirçəlişi” – 0,51%
“Milli Tərəqqi” – 0,33%

Ermənistan seçkilərində qeydə alınan bu nəticələri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadənin fikrincə, Paşinyan üçün çox ağır mərhələ başlayır:
“Paşinyan blokunun seçkilərdə qalib gələcəyi gözlənilirdi. Çünki yuxarı və aşağı icra hakimiyyəti orqanlarına nəzarət artıq Paşinyanın əlindədir. Bu amil Ermənistan kimi ölkələrdə seçkilərin nəticələrini əvvəldən proqnozlaşdırmağa imkan verir.

Ancaq hesab edirəm ki, bundan sonra Paşinyan üçün çox çətin dövr başlayır. O, seçkilər ərəfəsində xalqa verdiyi gurultulu vədləri istəsə də, yerinə yetirə bilməyəcək. Çünki Ermənistanın indiki resursları Paşinyanın vədlərinə adekvat deyil.

Əgər resurs yoxdursa, o zaman hansı iqtisadi inkişafdan və həyat rifahının artmasından danışmaq olar? Həttə Ermənistan istehsalı müəyyən qədər artırmaq mümkün olsa belə, o məhsulları realizə etmək üçün Ermənistanın daxili və xarici bazarı yoxdur. Hər şey bu qədər bəsitdir. Xaricdəki erməni diasporasının maliyyə dəstəyi isə böyük işlər görməyə yetərli deyil. Bax, Paşinyan belə bir şəraitdə hakimiyyətə gəlib və yenə deyirəm, onun işi asan olmayacaq.

Ermənistan işğalçı siyasətinə görə bütün regional layihələrdən kənarda qalıb. Ancaq Paşinyan və erməni cəmiyyəti özlərini saldıqları “mif qəfəsi”ndən çıxmaq istəmirlər, heç çıxa da bilməyəcəklər.

Ermənistanın xarici siyasətində dəyişiklik gözləmirəm. Aydın məsələdir ki, Ermənistanın Rusiyadan uzaqlaşaraq, Qərbə yaxınlaşması mümkün deyil. Çünki buna cəhd olarsa, o zaman Rusiya Qarabağ cəbhəsində Azərbaycanın xeyrinə vəziyyəti dəyişmək üçün hərəkətə keçəcək. Bunu ermənilər də yaxşı bilir. Ona görə də, Ermənistanın üzünü Qərbə çevirəcəyini gözləmirəm”.

A.Zeynalov

COP29

www.yenicag.az

5244
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv