Reklam

Reklam

“Prezident seçkilərindən sonra struktur islahatları və idarəetmədə dəyişikliklər həyata keçirilə bilər”.

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında “11 aprel – növbədənkənar prezident seçkiləri”ndən sonra ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsi ehtimalını dəyərləndirib.

O, bununla bağlı gözləntilərin reallıq çəkisinin kifayət qədər yüksək olduğunu deyir:

“Təbii ki, prezident seçkilərindən sonra müəyyən dəyişikliyin həyata keçirilməsi gözlənilir. Hətta bu dəyişikliyin bir zərurət olaraq, ortaya çıxdığına dair qənaətlər mövcuddur.

Mən bu çərçivədə ilk növbədə Nazirlər Kabinetində ciddi islahatların aparılacağını düşünürəm. Vəziyyətə real baxsaq, dövlət idarəetməsində səmərəliliyin artırılması üçün dəyişikliklərə ehtiyac var.

Hər halda, ölkə rəhbərliyi də vəziyyəti görür və bundan çıxış yollarını axtarır. Ona görə də bu fikirdəyəm ki, seçkilərdən sonra struktur islahatları və idarəetmədə dəyişikliklər həyata keçirilə bilər”.

Ancaq qeyd edilməlidir ki, Azərbaycanda onilliklər ərzində formalaşıb-oturuşmuş bürokratik sistemin yenilənməsi və müəyyən “detal”lardan imtina heç də sadə proses sayılmır.

Burada ilk növbədə dəyişikliyin əsas hədəfləri olacaq qurum və məmurların mümkün reaksiyasını təsəvvür etmək heç də çətin deyil. Ona görə də ehtimal olunan seçkisonrası dəyişikliyin nə dərəcədə hamar gedəcəyi indidən maraq doğurur.

Q. Hüseynli hesab edir ki, ölkənin ali siyasi rəhbərliyi haqqında danışılan islahatların aparılmasına qərar verərsə, bu addımın daxildə müqavimətlə qarşılanacağını düşünmək üçün əsas yoxdur:

“Qərar veriləndən sonra buna kim etiraz edəcək ki? Bu ehtimal şəxsən mənim üçün istisnadır. Hətta kiminsə müqavimət göstərəcəyini fərz etsək belə, onlar öz cavablarını alacaqlar”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 750
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."