DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Avropa zonasının A, B və H qruplarında 9-cu turun oyunları keçirilib.
Yenicag.az xəbər verir ki, A qrupunda lider Fransa yığması Bolqarıstan millisinin qonağı olub və minimal hesabla qalib gəlib. “Xoruzlar”ın ən yaxın izləyicisi İsveç isə Lüksemburqu qəbul edib və 8 cavabsız qolla qələbə qazanıb. Hollandiya yığması isə Belarusu səfərdə məğlub edib.
B qrupunda lider İsveçrə yığması evdə Macarıstanla qarşılaşıb. 7 qolluq qarşılaşmada qələbəni meydan sahibləri bayram ediblər. Portuqaliya millisi isə autsayder Andorranın qonağı olub və 2 cavabsız qolla üstün olub.
H qrupunda artıq mundiala vəsiqəni təmin etmiş Belçika millisi səfərdə pley-off uğrunda mübarizəni davam etdirən Bosniya və Herseqovina ilə üz-üzə gəlib. 7 qolun vurulduğu oyunda sevinən belçikalılar olublar. 2-ci pillə şanslarını qoruyub saxlayan Kipr və Yunanıstan isə birincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər. Üç qolun vurulduğu oyunda yunanlar qələbəyə seviniblər. Estoniya da Cəbəllütariqə 6 cavabsız qolla qalib gəlib.
DÇ-2018-in seçmə mərhələsi
7 oktyabr
A qrupu
İsveç – Lüksemburq 8:0
Qol: Qrankvist, 10-pen; 67-pen. Berq, 18; 37; 54; 71. Lustiq, 60. Toyvonen, 76.
Belarus – Hollandiya 1:3
Qol: Volodko, 55 – Propper, 24. Robben, 84-pen. Depay, 90.
Bolqarıstan – Fransa 0:1
Qol: Matuidi, 3.
Fransa – 20, İsveç – 19, Hollandiya – 16, Bolqarıstan – 12, Belarus – 5, Lüksemburq – 5.
B qrupu
Farer adaları – Latviya 0:0
Andorra – Portuqaliya 0:2
Qol: Ronaldo, 63. Silva, 86.
İsveçrə – Macarıstan 5:2
Qol: Caka, 18. Frey, 20. Zuber, 43; 49. Lixştayner, 83 – Qusmiçs, 58. Uqray, 89.
İsveçrə – 27, Portuqaliya – 24, Macarıstan – 10, Farer adaları – 9, Latviya – 4, Andorra – 4.
H qrupu
Bosniya və Herseqovina – Belçika 3:4
Qol: Medunyanin, 30. Viska, 39. Dumiç, 82 – Munye, 4. Batşuayi, 59. Vertongen, 68. Karrasko, 84.
Cəbəllütariq – Estoniya 0:6
Qol: Luts, 10. Kaeyt, 30. Zenyov, 38. Tamm, 52; 65; 77.
Kipr – Yunanıstan 1:2
Qol: Sotiriu, 18 – Mitroqlu, 24. Tsiolis, 26.
Belçika – 25, Yunanıstan – 16, Bosniya və Herseqovina – 14, Estoniya – 11, Kipr – 10, Cəbəllütariq – 0.
www.yenicag.az