Səfir Patriarxla görüşdü

media-hightechnic-468x90

3fb361ba70e2be4ef72534f601010775Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiya Patriarxı I Abune Matiyasla görüşüb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Efiopiya arasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilib, əlaqələrin daha inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu bildirilib.

I Abune Matiyasa ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurları, ölkəmizin regional liderə çevrilməsi, Azərbaycanın multikulturalizm və dinlərarası dialoqun təşviq edilməsi istiqamətində həyata keçirdiyi beynəlxalq miqyaslı fəaliyyəti və ev sahibliyi etdiyimiz bir neçə möhtəşəm beynəlxalq səviyyəli tədbirlər barədə ətraflı məlumat verilib. Görüşdə Azərbaycanın müxtəlif mədəniyyətlər arasında daim körpü rolunu oynadığı vurğulanıb.

I Abune Matiyas Azərbaycanın Efiopiyada yeni açılmış səfirliyinin fəaliyyəti ilə maraqlanıb.

Elman Abdullayev səfirlik adından Pasxa bayramı münasibəti ilə Patriarx və onun rəhbərliyik etdiyi qurumu təbrik edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600