!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfirimiz Qətər mediasında Qarabağdan danışıb

!Reklam – Yazi

Qətərin ingilis dilində çap olunan nüfuzlu “The Peninsula” qəzetində ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılovun geniş müsahibəsi dərc olunub.

Yenicag.az xəbər verir ki, müsahibədə səfir Dağlıq Qarabağın, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektlərinə geniş toxunub. Dağlıq Qarabağın əsrlər boyu, o cümlədən ADR və Azərbaycan SSR dövründə Azərbaycanın tərkib hissəsi olduğunu bildirən səfir qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlayıb. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan Azərbaycana qarşı hərbi təcavüz aktı törədərək Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib. Müharibə nəticəsində minlərlə insanın həyatını itirdiyini bildirən səfir BMT TŞ-nin ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tamamilə işğal edilmiş torpaqlardan çəkilməsini tələb edən qətnamələrini vurğulayıb.

Hazırda davam edən hərbi toqquşmalarla bağlı suala cavab verən səfir bildirib ki, Ermənistan 27 Sentyabrda baş vermiş hərbi təxribata açıq şəkildə hazırlaşırdı. O, Ermənistan Müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” iddiasını sitat gətirərək, Ermənistanın iyul və avqust aylarında törətdiyi təxribatlardan danışıb.

Səfir bildirib ki, 27 sentyabrda Azərbaycan Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq, mülki şəxslərin və sıx məskunlaşma yerlərinin təhlükəsizliyini təmin etmək məqsədilə, özünü müdafiə hüququndan çıxış edərək və beynəlxalq humanitar hüququn tələblərini gözləyərək, əks-hücum tədbirləri görmüşdür. Səfir vurğulamışdır ki, Azərbaycan məhz öz ərazisində öz ərazi bütövlüyününü bərpa etmək və Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etmək üçün vuruşur.

Səfir Ermənistanın mülki əhalini və infrastrukturu atəşə tutmasının səbəb olduğu itki və zərərlər barədə məlumat verərək bildirib ki, düşmən mülki əhalini məqsədyönlü şəkildə atəşə tutmaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozur. Azərbaycanın öz mülki əhalisini müdafiə etmək üçün, legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək haqqına malik olduğunu bildirən səfir son gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərində olduğunu deyib.

“Təxminən 30 ildir ki, Azərbaycan əraziləri işğal altındadır” -, deyən səfir Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlılının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib.

Döyüşlərin dayandırılması üçün beynəlxalq səylərin uğursuzluğunun səbəbləri barədə suala cavab verən səfir bildirib ki, atəşkəs təktərtəfli dayandırıla bilməz. Səfir ATƏT-in Minsk Qrupu və onun mandatını xatırladaraq deyib ki, sözügedən qrupun həmsədr ölkələri öz mandatlarına uyğun olaraq, Ermənistandan BMT TŞ-nin müvafiq qətnamələrini yerinə yetirməsini tələb etməli və ona təzyiq göstərməlidirlər. Səfir bildirib ki, vasitəçilik səyləri yalnız o vaxt uğurlu ola bilər ki, Ermənistan beynəlxalq hüquqa riayət etsin və işğal edilmiş ərazilərdən dərhal çəkilməyə başlasın. O, əlavə edib ki, ötən 30 ildə Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqlik nümayiş etdirib. Lakin aşkardır ki, Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmir. Ermənistanın yeni rəhbərliyinin törətdiyi təxribatçı əməlləri vurğulayan səfir, N.Paşinyanın sərsəm “Qarabağ Ermənistandır – nöqtə” bəyanatının, onun dəfələrlə işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etməsinin, oğlunu işğal altındakı ərazilərə hərbi xidmətə göndərməsinin, mart ayındakı qondarma seçkiləri, Şuşada qondarma andiçmə mərasiminin təşkil edilməsinin və qondarma rejimin “paytaxt”ının Şuşaya köçürmək niyyətinin danışıqlar prosesini pozan məqsədyönlü təxribat əməlləri olduğunu bildirmişdir.

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv