Səfirliyin qarşısında partlayış oldu
Liviyanın paytaxtı Tripoli şəhərində İspaniyanın bu ölkədəki səfirliyinin binası qarşısında partlayış olub.
Bu haqda məlumatı Reuters agentliyi yayıb.
Tripoli şəhərinin sakini olayla bağlı agentliyin müxbirinə “Biz güclü partlayış eşitdik” sözlərini deyib.
Qeyd edək ki, İspaniyanın Liviyadakı səfirliyi bu ölkədəki hərbi münaqişəyə görə 2014-cü ilin yayından öz fəaliyyətini dayandırıb.