Şəhid olan əsgərimiz Saatlıda dəfn ediləcək

media-hightechnic-468x90

Azərbaycan Ordusunun oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu Saatlı rayonunda torpağa tapşırılacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Saatlı Rayon İcra Hakimiyyətindən “Report”un Aran bürosuna verilən məlumata görə, dəfn mərasimi oktyabrın 23-nə nəzərdə tutulub.

Qeyd olunur ki, şəhidin cənazəsi sabah Saatlı rayonuna gətiriləcək.

Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində doğulub. 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Bu gün 18 yaşında şəhidlik zirvəsinə ucalıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05