!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid xanımlarına dəstək layihəsinə start verildi - FOTO / VİDEO

!Reklam – Yazi

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsinin icrasına başlanılıb. 

Layihənin məqsədi şəhid xanımlarının həyata baxışını müsbətə yönəltmək, psixoloji dözüm səviyyəsini yüksəltmək, bu həyata adaptasiyalarını, ictimai aktivliyini təmin etmək və onlara təhsil imkanları yaratmaqdır. Buna Birliyin layihə çərçivəsində şəhid xanımları üçün təşkil etdiyi psixoloji təlim, konsultasiya və terapiyalar, eləcə də peşə ixtisas kursları ilə nail olunacaq.

Nəzərdə tutulan tədbirlərin təşkili istiqamətində ilk olaraq “Həyata hardan baxıram – psixodiaqnostika” və “Dərdim var, mən dərd deyiləm” adlı imic terapiyaya əsaslanan seminar baş tutub. Şəhid xanımlarıyla ilkin tanışlıq, qarşı tərəfi dinləməklə hadisələrə baxış bucağını müəyyən etmək məqsədiylə fərdi söhbətlər aparılıb, daha sonra qrup şəklində terapiya keçirilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir. Bakı şəhərində keçirilən layihənin icra müddəti 3 aydır.

COP29

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv