Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin baş verməsindən 28 il ötür.
Hər il olduğu kimi xalqımız 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini ehtiramla yad edir.
Yenicag.az xəbər verir ki, müstəqilliyimiz uğrunda canından keçən igid oğul və qızlarımızın məzarlarını ziyarət etmək üçün artıq indidən Şəhidlər xiyabanına axın başlayıb. Çəkiliş apardığımız əsnada ziyarətə gələnlər arasında azyaşlıların çoxluq təşkil etdiyini gördük.
Bu isə o deməkdir ki, xalqımız öz tarixini unutmur, şəhidlərin xatirəsini yadd etmək düşüncəsi uşaqlarda kiçik yaşlarından formalaşdırılır.
Cəmalə Əlizadə
www.yenicag.az