!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhidlər Xiyabanında ucaldılan bayrağımızda kobud səhv - FOTO/YENİLƏNİB

!Reklam – Yazi

Şəhidlər Xiyabanındakı bayraq rəzaləti ilə bağlı əlaqə saxladığımız Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Yenicag.az-a açıqlamasında problemin artıq həll olunduğunu deyib:
“Bu dəqiqələrdə həmin bayraq çıxarılaraq, yenisi ilə əvəzlənib”.

Rabitə kəsintisi çıxarılan bayraqdakı problemin nədən yarandığını öyrənməyə imkan verməyib.

***

10:31

Şəhidlər Xiyabanında ucaldılan Azərbaycan dövlət bayrağında naməlum simvol öz əksini tapıb.

Yenicag.az xəbər verir ki, bayrağımızın bir üzündə səkkizguşəli ulduz əvəzinə naməlum simvol yer alıb.

Bunun hansı anlama gəldiyini isə başa düşmək olmur. Hər halda, Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanında ucaldılan bayraqda edilən səhv yolverilməz və bağışlanmazdır.

Emin Səfərov

Fotolar müəllifindir

www.yenicag.az

21428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv