!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səhnədə “savadsız aktyor” PROBLEMİ: “Universiteti bitirənlərin çoxu bölgə teatrlarına getmir”

!Reklam – Yazi

“Bəlkə Mədəniyyət Nazirliyi öz vəsaiti hesabına teatrlar üçün aktyor hazırlatsın?”

Bu fikirləri tanınmış aktyor Məhəmməd Verdizadə Yenicag.az-a açıqlamasında deyib.

O, dövlət teatrlarında çalışan aktyorların 90 faizinin həvəskar aktyorlardan ibarət olduğunu bildirib:

“Hər il Mədəniyyət və İncəsənət Universitetini 60 aktyor bitirir. Bunlar işləməyə teatra getmir. Əvvəllər bu məsələ təyinatla həll olunurdu. Ümumiyyətlə, Azərbaycana bu qədər aktyor lazımdırmı? 26 dövlət teatrı var və bölgə teatrlarının 90 faizi həvəskar aktyorlardan ibarətdir. Yəni ali savadları yoxdur.

Bəlkə Mədəniyyət Nazirliyi öz vəsaiti hesabına teatrlar üçün aktyor hazırlatsın? Nazirliyin hesabına oxuyan aktyorlar təyinatla bölgə teatrlarına işləməyə göndərilsin. Bununla da iş bitmir. Bu aktyorları rayonlarda evlə təmin etmək lazımdır. Onlar yüksək məvaciblə təmin olunmalıdır?

Yoxsa ki aldığı məvacib heç onun kommunal problemlərinin həllinə bəs eləmir. Bəs bu yazıq nə yesin, nəylə dolansın? Elə buna görə də peşəkar aktyorlar qalıb kənarda. Bölgə teatrlarında həvəskarlar işləyir. Həvəsləndirici proqramlar lazımdır”.

Cəvahir

COP29

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv