Sehrbazlıq etdiyinə görə başını kəsdilər
İŞİD döyüşçüləri sehrbazlıq etməkdə təqsirli bilinən şəxsin başının kəsilməsini əks etdirən görüntülər yayımlayıblar.
Yenicag.az saytının Türkiyə mediasına istinadən verdiyi məlumata görə, döyüşçülərin sosial şəbəkələrdə paylaşdığı görüntülərin İraqın Səlahəttin rayonunun Əl-Aləm qəsəbəsində çəkildiyi bəlli olub. Görüntüdə, sözügedən şəxsin sehirbazlıq etdiyi üçün edam edildiyi bildirilir.
Xatırladaq ki, İŞİD şəriət qaydalarına görə, sehrbazlıq etmək haram buyurulub.