!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səidə GÖZ YAŞI TÖKDÜ: “Sənsiz mənə çox ağırdı”

!Reklam – Yazi

“Qızdırma içində yana-yana tamaşada oynayırdı…”.

Yenicag.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun qızı müğənni Səidə Dadaşova atası ilə bağlı xatirələrini bölüşərkən deyib.

O, atasının son günlərini yada salaraq göz yaşı töküb:

“Atam sənətinin fədaisi idi. Ağır xəstə vaxtlarında qızdırma içində yanırdı, amma yenə də səhnədən ayrılmırdı. Tamaşada oynayırdı, heç kim bilmirdi ki, qızdırma içində yanır. Tamaşadan sonra qrim otağına getdim. Dedim, ata, bəlkə davam etməyəsən, axı sən qızdırmadan yanırsan. Sözümə baxmadı. Yenə də tamaşanı oynamağa davam etdi. Tamaşadan sonra evə gedəndə pilləkəndən yıxılacaqdı, tez onu tutdular. Ata, sənsiz mənə çox ağırdır. Mən atasız qaldım, yetim qaldım sənsiz”.

Səidə bu sözləri “O üz” verilişində deyib.

Nehru

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv