Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şəkillərə görə 100 min avro cərimə

Fransa məhkəməsi “Kloser” jurnalının Britaniya şahzadəsi Uilyam və onun həyat yoldaşı Keyt Middltona 100 min avro məbləğində təzminat ödəməsi haqqında qərar çıxarıb.

Yenicag.az xəbər verir ki, buna səbəb Keyt Midltonun 2012-ci ildə dərc edilmiş çılpaq fotolarıdır. Bu barədə AFP məlumat yayıb.

Fotolar 2012-ci ilin sentyabr ayında Keytin öz həyat yoldaşı ilə qəsr ərazisindəki hovuz kənarında istirahəti zamanı uzunfokuslu obyektiv vasitəsilə çəkilmişdi. Qəsr binası vikont Linliyə – İngiltərə kraliçası Yelizavetanın qardaşı oğluna məxsusdur.

Şəkilləri çoxsaylı mətbəələr də dərc etmişdi. Ancaq ilk dərc “Kloser”jurnalına aid idi.

Jurnalın cəriməsindən başqa, bir çox şəxsi cərimələr də tətbiq olunub. Bu cərimələr jurnalın redaktoru Loran Spiyu və onun naşiri Ernesto Mauriyə şamil edilib. Onların cərimə məbləği isə 45 min avrodur.

www.yenicag.az

1057