“Selfie”yə rəqib gəlir – “Spelfie”

Fotoşəkil çəkmək artıq dünyanın ən asan işlərindən biri halına gəlib. 

Yenicag.az xəbər verir ki, smartfonlarla bir çox insan fotoşəkil çəkir, lakin yeni tətbiq ilə kosmosdan da fotoşəkil çəkmək mümkün olacaq. “Spelfie” adlı tətbiq “Airbus” şirkətinin peyklərini istifadə edərək kosmosdan fotoşəkilinizin çəkilməsini təmin edir.

Ancaq “Spelfie” ilə peyklərdən çəkiləcək fotoşəkilinizdə üzünüzün düşməsini gözləməyin. Peykin kameraları hələ o qədər güclü deyil.

İndoneziyanın Bali adasındakı plastik çirklənməyə diqqət çəkmək üçün bir araya gələn ekoloqlar sahildə “Spelfie” ilə peykdən fotoşəkil çəkiblər.