“Semaşko”da həkimlər qadından 20 kq dəri çıxardılar
Semaşko adına Nijni Novqorod (Rusiya) vilayət xəstəxanasının həkimləri qadının bədənindən limfanın patoloji yığılması səbəbindən 20 kiloqramdan çox dəri və yumşaq toxuma çıxarıblar.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb.
O xroniki böyrək xəstəliyi və nəhəng infeksiyalaşmış limfedema səbəbindən təcili reanimasiyaya yerləşdirilib. Pasiyentin sözlərinə görə, qarın 5-6 il ərzində böyüyüb. Vəziyyət sabitləşdirildikdən və reabilitasiyadan sonra cərrahlar qarından 20 kiloqramdan çox infeksiyalaşmış dəri və yumşaq toxumanı kəsiblər.
Qeyd edilib ki, qadının vəziyyəti son dərəcə ağır olub. Reanimatoloqlar bir həftə ərzində orqan çatışmazlığını aradan qaldırıblar.













